İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan sülhü pozan absurd iddialar

Rəsmi İrəvan sülh prosesini pozmağa yönəlik növbəti avantürist açıqlama ilə çıxış edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Qoşunların Ermənistan-Azərbaycan sərhədindən güzgü kimi çıxarılması təklifi qüvvədə qalır, Ermənistan Xarici İşlər Nazirliyindən yerli medianın sorğusuna cavab olaraq bildirilib.

İddia olunub ki, çıxarma SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında baş tutmalıdır və İrəvan bu məsələ ilə bağlı müzakirələrə tez bir zamanda başlamağa hazırdır.

XİN Ermənistan və Azərbaycan sülh müqaviləsinin hansı bəndlərinin hələlik razılaşdırılmadığı ilə bağlı sualı cavablandırmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR