İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan sərhəd komissiyalarının görüşü barədə açıqlamalar

 

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyaların yanvarın 31-də keçirilən iclasında cari məsələlər müzakirə olunub.

Musavat.com bildirir ki, bunu Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryan yerli mətbuata açıqlamasında deyib.

“Bizim hər iki ölkə tərəfindən təsdiq edilmiş iş prosedurumuz var. Rəsmi olaraq dərc olunan çərçivədə görüşlərin nəticələri barədə məlumat verəcəyimiz barədə razılaşmamız var.

Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik.

Qanuni əsası olan topoqrafik xəritələrlə məşğul olmağa çalışırıq. Bu xəritələrin hansı əsaslarla, hansı hüquqi əsaslarla tərtib edildiyi çox vacibdir ki, bu məntiq də Alma-Ata bəyannaməsinin məntiqindən irəli gəlsin”,-erməni diplomat bildirib.

M.Qriqoryan qeyd edib ki, sərhədin delimitasiyası və demarkasiyası üçün çoxlu materiallara ehtiyac var. “İş çoxdur və demək olmaz ki, hamı bir yerdə cəmləşib”, - Qriqoryan Rusiya xarici işlər nazirinin müavininin yalnız Rusiya tərəfində sərhədi demarkasiya ilə bağlı lazımi materiallara malik olması barədə bəyanatına cavab olaraq söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR