İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Rusiyaya yaltaq jest: Uçuşları dayandırmırıq

Ermənistan hakimiyyəti Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkətlərin Rusiyaya mülki reyslərini ləğv etməyi planlaşdırmır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “İnterfaks”a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan açıqlayıb.

Bu nazirlik Ermənistanın Mülki Aviasiya Komitəsinin fəaliyyətinə nəzarət edir.

Ermənistan aviaşirkətlərinin nümayəndələri də “İnterfaks”a bildiriblər ki, Rusiyaya uçuşlarda heç bir dəyişiklik yoxdur, bütün uçuşlar qrafikə uyğun həyata keçirilir.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Arilines şirkətinə məxsus təyyarə Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduqdan sonra Qazaxıstanda qəzaya uğrayıb.

AZAL dekabrın 28-dən etibarən Bakıdan Rusiyanın 10 şəhərinə: Qroznı, Mahaçqala, Vladiqafqaz, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod və Saratova reysləri ləğv edib. Bu barədə qərar Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən qəbul edilib.

Qərar “fiziki və texniki xarici təsirlər nəticəsində” baş vermiş “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı təhqiqatın ilkin nəticələrinə əsaslanır və “uçuşların təhlükəsizliyi üçün potensial riskləri” nəzərə alır”, - AZAL-ın açıqlamasında bildirilir. Təhqiqat tam başa çatana qədər uçuşun dayandırılması qüvvədə qalacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR