İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda sürücü etirazı başlayıb

İrəvanda nəqliyyat iflic vəziyyətindədir, cəmi bir neçə marşrut işləyir, sürücülər bu gün tətilə çıxıblar.

Musavat.com bildirir ki, bunu erməni mediası yazıb. Məlumata görə, hazırda paytaxtda avtobus dayanacaqlarında qalan xeyli vətəndaş var ki, onlar birtəhər evlərinə çatmağa çalışırlar.

Yerli media yazır ki, hazırda taksi qiymətləri də çox bahadır və bəzi vətəndaşlar ondan istifadə edə bilmirlər.

Qeyd edək ki, avtobus sürücüləri səhərdən etiraz aksiyası keçirir və işə çıxmırlar. Onlar əmək haqqının artırılmasını tələb edirlər. Artıq 35 sürücü işdən çıxarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR