İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda revanşistlərin mitinqi başlayıb

Bu gün, axşam saatlarında İrəvanın mərkəzindəki Opera Teatrının qarşısında aksiya başlayıb.

Musavat.com xəbər verir ki, Azadlıq meydanında keçirilən mitinq “Ermənistan” və “Mənim namusum var” bloklarının, parlament müxalifətinin təşəbbüsü ilə baş tutub.

Erməni mediası xəbər verir ki, aksiyaya bir sıra siyasi qüvvələr, müxalif ictimai xadimlər qoşulub. Kütləvi aksiyanın təşəbbüskarları vətəndaşları, “ölümcül təhlükə altında olan Qarabağ və Ermənistanın müdafiəsinə qalxmağa” çağırır.

Mitinqdə eks-prezident Serj Sərkisyan çıxış edib. Aksiya liderlərin 6 apreldə keçiriləcək Brüssel görüşünə qarşı təşkil olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR