İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda polislə müxalifətçilər arasında dava düşüb - VİDEO

Ermənistan müxalifəti səhər saatlarından başlayaraq İrəvanın Fransız meydanında etiraz aksiyası keçirir. AzVision.az xəbər verir ki, vətəndaşları itaətsizliyə çağıran müxalifət fəalları ilə polis arasında gərginlik yaşanıb.

İrəvanda 73 etirazçı saxlanılıbYerli media polisin daşnak vitse-spiker İşxan Saqatelyana qarşı güc tətbiq etdiyini yazıb. Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Saqatelyanın təhqiramiz söz işlətdiyini iddia ediblər. Qarşı tərəfdə bunun əksini deyib.

"Fransa meydanı yaxınlığında polis nalayiq ifadələr işlədən vətəndaşı bölməyə aparmaq istəyib. Deputat Artur Kazinyan onlarla danışıqlar aparmağa çalışıb. Lakin əraziyə əlavə polis qüvvələri cəlb edilib. Nəticədə onlarla fəallar arasında əlbəyaxa dava düşüb. Saqatelyan araya girib tərəfləri ayırmağa çalışsa da, ehtiraslar getdikcə daha da qızışıb. Deputatlar Saqatelyanı kənara çəkiblər. İşxan Saqatelyanla polis arasında mübahisə düşüb. Deputat polislərdən kimin onlara xuliqan dediyini soruşub və qeyd edib ki, "Kim camaatla belə danışırsa, ona barmaq yelləyəcəyəm. Xuliqanlıq bilirsiniz nə deməkdir? Siz özünüz xuliqanlıqla məşğulsunuz”. Bundan sonra vitse-spikerə qarşı güc tətbiq olunub", - saytlar yazıb.


Qeyd edək ki, artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi mitinqlər əsasən paytaxt İrəvanda təşkil edilir. Etirazçılar küçələri aktiv şəkildə bağlayırlar. Polisin müdaxiləsindən sonra hər gün onlarla etirazçı saxlanılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR