Onlayn ictimai-siyasi qəzet
İrəvan Dövlət Universitetinin binasında bir nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Partlayışın Kimya fakültəsinin binasında baş verdiyi qeyd olunur.
“3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, bir nəfərin cəsədi hadisə yerində aşkar edilib”, - deyə nəşr yazıb.
Bütün tələbələr və müəllimlər binadan təxliyə edilib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ