İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda müxalifətçilər prezident administrasiyasını mühasirəyə alıb

İrəvanda səhər başlanan etiraz aksiyasının iştirakçıları prezident administrasiyasının binasını mühasirəyə alıblar.

Azpost.info RİA-ya istinadən bildirir ki, binanın girişlərin hər birində üç yüz nəfərə yaxın kiçik qrup dayanır.

Etirazçılar fəal addımlar atmasalar da, təhlükəsizlik qüvvələri Ermənistan prezident administrasiyası yaxınlığında görünmürlər. Onlar başqa hökumət binasının yaxınlığında dayanıblar.

Hadisə yerində olan deputat Qeqam Manukyan bəyan edib ki, prezident Vaaqn Xaçaturyan öz səlahiyyətlərini yerinə yetirmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR