İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda etirazçı tapılmır: küçəni bir adam bağladı - VİDEO

İrəvanda Qazaxın 4 kəndinin qaytarılmasına qarşı etiraza cəhd uğursuzluğu getdikcə daha aydın özünü göstərir.

Musavat.com axar.az-a istinadən bildirir ki, müxalifətin Azərbaycana aid kəndlərin qaytarılmasından siyasi məqsədlər üçün istifadə etmək və Paşinyanın öz üslubu ilə - İrəvanda yolları bağlamaq və infrastrukturu iflic etməklə siyasi nəticəyə nail olmaq istəkləri alınmayıb.

Bu gün bəlli olub ki, İrəvanda küçələrin biri cəmi 15 dəqiqə bağlı saxlanılıb - etirazçılar az olduğu üçün avtomobillərin hərəkətinə mane ola bilməyiblər.

Azadlıq prospektində isə yalnız bir yük maşınının sürücüsü yolu "etiraz olaraq" bağlayıb. Hadisə yerinə dərhal polis gəlib və yolu açmağa çalışır.

Qeyd edək ki, 19 apreldə əldə edilən razılaşmadan sonra siyasi müxalifətin dəstəklədiyi azsaylı etirazçıların xaricdən maliyələşdiyi haqda erməni mediası məlumat yaymaqdadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR