Onlayn ictimai-siyasi qəzet
İrəvanda Nikol Paşinyanın oğlunu qaçırmağa cəhd etdiyi üçün barəsində həbs qərarı çıxarılan Qayane Akopyana dəstək aksiyaları keçirilir.
Musavat.com erməni mediasına istinadən bildirir ki, müharibədə ölən əsgərlərin valideynləri və onların tərəfdarları dəstək məqsədilə paytaxtın Arşakunyats prospektini bağlayıb.
Bu zaman etirazçılarla polis əməkdaşları arasında vaxtaşırı toqquşmalar baş verib. İrəvanda gərginlik artan xətt üzrə davam edir.
Son məlumata görə, etirazçılar hökumət binasına doğru irəliləməyə çalışır.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ