İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda ermənilər iki çinlini soyub

Ermənistan paytaxtı İrəvanda maraqlı oğurluq hadisəsi baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Çin vətəndaşları Vanq Zhen (35 yaş) və Li Hianq (46 yaş) polisə müraciət ediblər. Həmin adamlar bu ilin yanvarın 4-də təxminən saat 01:00-da Puşkin küçəsində yerləşən Beatles Pub-da olublar.

Fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, onlar bir müddət orada qaldıqdan sonra sərxoş halda yaxınlıqdakı “Parma” supermarketində alış-veriş etmək üçün meyxanadan çıxıblar. Həmin vaxt çinlilərlə bir emrəni arasında dava düşüb. Bundan sonra iki naməlum vətəndaş onları soyub. Çinlilərdən birinin pulqabısında 6 bank kartı və 5 min dollar olub. Bundan başqa Vanq Zhenin cibindən 700 min dram oğurlayıblar.

Erməni mediası soyğunda 3 nəfərin iştirak etdiyini və onlardan iksinin saxlandığını bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR