Onlayn ictimai-siyasi qəzet
İrəvanın Erebuni rayonunda yaşayış binalarından birində baş verən yanğınla əlaqədar 15 nəfər təxliyə edilib.
Musavat.com bildirir ki, bu barədə shamshyan.com kriminal xronika saytı məlumat yayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin məlumatına görə, sakinlərdən biri İrəvan Yanıq Mərkəzinə yerləşdirilib.
Hadisə yanvarın 26-da saat 13:40 radələrində baş verib. Yanğın yaşayış binasının birinci mərtəbəsində başlayıb. Yanğının söndürülməsinə yanğınsöndürmə və xilasetmə briqadasının iki briqadası cəlb olunub.
Yanğın saat 14:07-də lokallaşdırılıb, saat 14:22-də tam söndürülüb.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ