İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda bayquşların söhbəti

Paşinyan Qarabağda “erməni aclığını” beynəlxalq spekulyasiyaya çevirməklə qisasçı müxalifəti hərəkəti gətirdi, “ölü canlar dirildi”...

Sentyabrın 2-də İrəvanda müxalifətin keçirdiyi mitinq təxminən 3 saatadək davam edib, Xankədinin baş meydanında da canlı yayımlanıb. Aksiyanın təşkilatçığını Daşnaksütyun partiyası üzərinə götürsə də, bütün erməni saytları əsas olaraq sabiq prezidentlər Sərkisyan və Köçəryanın fotolarını ön səhifələrinə daşıyıblar.

Mitinqdə çıxışçılar sırasında olmasalar da, xüsusilə Respublika partiyasının sədri Serjik Sərkisyanın aksiya keçirilən yerdən geniş müsahibələri yayımlanıb. Məsələn, Sərkisyan deyib ki, Qarabağ məsələsinin həllində mütləq dönüş olacaq. Mövcud vəziyyətdən çıxış yoluna gəlincə, üçüncü prezidentin fikrincə, əsas vəzifə Ermənistan rəhbərliyini dəyişməkdir, “bundan sonra hər şey öz axarına düşəcək”. Paşinyanın mümkün istefasından sonra yeni hökumətin formalaşmasında iştirak edib-etməyəcəyi ilə bağlı suala Sərkisyan belə cavab verib: “Yeni hökumətin formalaşmasında yox, mövcud olan hakimiyyətin dəyişdirilmıəsində iştirak edəcəm”.

Nikol Paşinyanın istefa vermək fikrində olmadığını açıqlayacağı təqdirdə çıxış yolunu necə gördüyü ilə bağlı sualı cavablandıran Sərkisyan deyib: “O bunu istəmir, amma biz istəyirik, görək kimin arzusu gerçəkləşəcək...” 

Screenshot_8.png (958 KB)

Sərkisyan Araik Arutyunyanın qondarma vəzifəsini tutacağı gözlənilən yeni “dövləıt naziri” Samvel Şahramanyanı da tərifləyib, ona ümid etdiklərini deyib. “Onu şəxsən tanıyıram. Gənc olduğu üçün yaxın münasibətim olmayıb, amma düşünürəm ki, təvazökar, gənc və balanslı liderdir”, - deyə Sərkisyan bildirib. 

Köçəryan nədənsə, az danışıb, çox açıqlama verməyib, yalnız Araik Arutyunyanın istefası haqda fikrini soruşublar. Robert Köçəryan qısaca “ sevindim “ deyib. 

Screenshot_6.png (1.03 MB)

Mitinqdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan da iştirak edib. O, bəyan edib ki, “müxalifətin müqaviməti olmasaydı, Ermənistan hakimiyyəti Dağlıq Qarabağı çoxdan Azərbaycana verərdi”. Vanetsiyan “Nikol Paşinyan deyir ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin bütün bunları hələ hüquqi müstəvidə formalaşdırmayıb” deyə, bildirib.

Andranik Tevanyanın rəhbərlik etdiyi “Ana Ermənistan” bloku da müxalifətin keçirdiyi mitinqə qatılıb. Andranik Tevanyanın ““Artsax” hamımız üçün problemdir və onun həlli üçün hakimiyyət dəyişikliyi lazımdır” deyib.

Göründüyü kimi, bu mitinqin adı “Artsax-SOS” olsa da, əsas hədəf Paşinyan hakimiyyətdir. Sərkisyan bayquş gözlərini Qarabağdan çoxdan çəkib, sonuncu dəfə 44 günlük müharibədə olub və qorxusundan qaçıb. Sərkis yaxşı başa düşür ki, indi Qarabağda onun dediyi kimi “vəziyyəti dəyişmək” daha mümkün deyil. Heç möcüzə də ötən günləri geri qaytarmaz. Amma Sərkisyan da, onun yan-yörəsindəkilər də onun da fərqindədirlər ki, Qarabağdakı ermənilərdən hələ öz hakimiyyət ehtirasları üçün istifadə etmək şansı tam tükənməyib. Ona görə hazırkı “humanitar krizis”dən Paşinyanı hakimiyyətdən salmaq üçün bəlkə də son şans, fürsət kimi baxırlar. İndi bunu edə bilməsələr, bir daha belə bir şans tezliklə ələ düşməyəcək... 

Screenshot_9.png (898 KB)

Paşinyan sülh razılaşmasının hazırlanıb masaya gətirilməsində xeyli gecikdi, Azərbaycanın təkliflərini zamanında dəyərləndirib qəti qərar verə bilmədi. Qorxdumu, kimsə qulağına nəsə pıçıldadımı, bu artıq o qədər də maraqlı deyil. Paşinyan Qarabağda “erməni aclığını” beynəlxalq spekulyasiyaya çevrirməkdə çox çalışdı, “Spayka”dan sonra fransız “TIR”-ları onun başının məhsulu idi. İndi bu qaynatdığı zibilə görə özünü söyməlidir. Çünki bu yalançı hay-küylə qisasçı müxalifəti hərəkəti gətirdi, “ölü canlar dirildi”, yenə onlara meydana çıxmaq fürsəti verdi. Araikin istefasının Ermənistan müxalifəti ilə əlaqəsi yoxdur, özlərini elə göstərməyə çalışsalar da, bu, sırf Xankəndi daxili qüvvələrin işidir. Paşinyan Qarabağdakı “aclıq mütrüflüyünü” sülh razılaşmasından yayınmaq, hakimiyyətini riskə soxmamaq üçün körüklədi , amma indi onun “od”una düşüb, hakimiyyəti təhdid altındadır. 

Screenshot_5.png (773 KB)

Sərkisyan açıqlamasında bir maraqlı detal da vardı. O deyib ki, Qarabağ həmçişə Ermənistanda siyasi ab-havanı müəyyənləşdirən vacib faktor olub. Bunu düz deyir, çünki Köçəryan və özü Ermənistanda hakimiyyətə bu dalğada gəlib. Amma Sərkisyan onda yanılır ki, Qarabağ 44 günlük müharibənin nəticələrindən sonra daha Ermənistanda havanı müyyənləşdirəci faktor deyil. Olmayacaq da. Bu torpaqlarda bütün məsələləri Azərbaycan həll edir və Ermənistan bunu ancaq uzaqdan müşahidə edir. Qarabağdakı vəziyyətə baxıb Ermənistanda hakimiyyət dəyişmək daha əvvəlki kimi asan olmayacaq.

Paşinyan indi Qərblə Rusiya arasında elə bir sıxışıb ki, nə etdiyini, nə edəcəyini özü də bilmir. Qərb onun arxasını çox qoruya bilməyəcək, həm də o səbəbdən ki, Paşinyan Brüssel və Praqdakı razılaşmaları heçə saydı, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dediklərini geri oxudu. Qərb daha Paşinyanı müdafiə etməyə bilər. Ümumiyyətlə son iki ayda Qarabağ ətrafında “fırlanan” güclər gördülər ki, “erməni məsələsində” daha nə fayda, nə çörək var...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR