Onlayn ictimai-siyasi qəzet
Leysan yağışlar nəticəsində Ermənistan paytaxtı su altında qalıb.
Musavat.com bu haqda erməni mediasına istinadən bildirir.
İrəvan meriyası yağış səbəbindən paytaxtın gecə saatlarında baş verən daşqınlarının görüntülərini yayıb. Meriya yağış suları ilə mübarizə aparmaq üçün yeni kanalizasiya xətləri çəkəcəyini vəd edib.
Nor Areşdə istinad divarının uçduğu bildirilir.
Məlumata görə, hadisə nəticəsində 30-a yaxın evə ziyan dəyib, ərazidə xilasetmə işləri davam edir.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ