İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan seçkiləri Ermənistanda hakimiyyət məsələsinə çevrilib

Bu ilin sentyabr ayında İrəvan Ağsaqqallar Şurasına keçiriləcək seçkilər artıq Ermənistanda həm iqtidar, həm də müxalifət üçün hakimiyyət məsələsinə çevirlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

“Belə görünür ki, Ermənistanın paytaxtı Rusiya Federasiyası ilə Qərb arasında növbəti toqquşma nöqtəsinə çevriləcək. Bu arada, iştirakını elan edən siyasi namizədlərdən ən azı ikisi açıq-aşkar Rusiyayönümlüdür. Onların lokomotivi İrəvanın keçmiş meri, artıq iştirakını elan edən aktyor Ayk Marutyan olacaq.

Marityuan mer olduğu müddətdə Marutyan əsasən Rusiya tərəfi ilə işləyib, o, Rusiya istehsalı olan texnika, “Kamaz” və “Qazel”lər alıb, həmçinin tez-tez Rusiya Federasiyasına ezamiyyətlərə gedib, Rusiya səfiri ilə görüşüb.

Nikol Paşinyan isə həmişə olduğu kimi, Qərblə əməkdaşlıq edir. Onun namizədi Tiqran Avinyan daha çox qərbyönlü namizəd kimi görünür və əsasən Avropa paytaxtları ilə əməkdaşlıq yollarını axtarır. Bu yaxınlarda o, Vaşinqtonda olub və bir neçə gün əvvəl ABŞ səfirliyinin nümayəndələri ilə görüşüb. Qərb qanadını həm də Avropa İnsan Haqları Məhkəməsində çoxsaylı işlərdə qalib gələn Artak Zeynalyanın təmsil olunduğu Aram Sarkisyanın “Respublika” partiyası təmsil edir və onlar hakimiyyətlə koalisiya yaratmağa hazır görünürlər”,-deyə qəzet yazıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR