Onlayn ictimai-siyasi qəzet
İrəvan meriyasının əməkdaşları saxlanılıb.
Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu barədə İrəvan merinin mətbuat katibi Ayk Kostanyan məlumat verib.
"Meriyanın məqsədi qanunla müəyyən edilmiş prosedurlara əməl olunmasına kömək etmək üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməkdir", - deyə o bildirib.
Yerli Antikorrupsiya Komitəsindən verilən məlumata əsasən, həbslər aparılan cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib. Saxlanılanlar arasında meriya rəsmiləri də var.
İlkin istintaqın maraqları naminə əlavə məlumat verilməyib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ