Onlayn ictimai-siyasi qəzet
İrəvanda keşiş Baqrat Qalstanyanın başçılıq etdiyi etirazçılar hələ də küçələrdədir.
Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçıları gecəni Baqramyan prospektində keçiriblər.
Etirazçılar meydanda çadır qurub, manqalda ocaq qalayıb, tələblərindən geri çəkilməyəcəklərini bildiriblər. Meydanda gitara ilə mahnı oxuyanlar da görünür. Polis meydanı mühasirəyə alıb.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ