İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqlı investorların Təbrizə axını - Şübhəli köçün ŞOK SƏBƏBİ

Son aylarda iraqlı sərmayəçilər şübhəli şəkildə Təbrizin müxtəlif yerlərində torpaq sahələri və mağazalar alırlar.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, banklar və Təbriz şəhər bələdiyyəsi də bu işdə İraq vətəndaşları ilə çox yaxından əməkdaşlıq edərək, onlara iqtisadi və xidmət cəhətdən çoxlu güzəştlər verirlər.

Qeyd olunur ki, Təbrizdə bir çox kürd və fars ailələrinin qəsdən məskunlaşdırılmasından sonra indi növbə İraq vətəndaşlarına çatıb.

Məlumata görə, İran hökuməti illərdir ki, digər millətləri zorla və bilərəkdən Güney Azərbaycana köçürməklə bölgənin demoqrafik göstəricilərini dəyişməyə çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR