Onlayn ictimai-siyasi qəzet
İraqın Kürdistan Regional Hökumətinin türkmən əsilli naziri Aydın Maruf Səlim Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Musavat.com xəbər verir ki, Ərbildən yayılan təbrikin məzmunu belədir:
"Qardaş Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn və yenidən Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq. Ümid edirik ki, bu qələbə Azərbaycan xalqı və Türk Dünyası üçün xeyirli olacaq".
Qeyd edək ki, Aydın Maruf Səlim İraq Regional Kürd Administrasiyası Hökumətində Etnik və Dini Məsələlərdən Məsul Dövlət Naziri vəzifəsində çalışır. 1998-ci ildən İraq türkmən siyasi hərəkatında fəal iştirak edən Səlim 2013 və 2018-ci illərdə keçirilən seçkilərdən sonra parlamentdə yer alıb. Hazırda isə İraq Kürdüstan Regionu hökumətinin Etnik Azlıqların İşləri üzrə naziri vəzifəsini tutur.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ