Onlayn ictimai-siyasi qəzet
İraqda baş verən güclü qum fırtınası ölkənin bir çox bölgəsində görmə məsafəsini kəskin şəkildə azaldıb.
Musavat.com xəbər verir ki, təbii fəlakət nəticəsində Nəcəf və Bəsrə beynəlxalq hava limanlarında uçuşlar tamamilə dayandırılıb.
Fırtınanın intensivliyi o qədər yüksəkdir ki, tibbi maskalar belə insanları nəfəs darlığından qoruya bilmir. Rəsmi məlumata görə, hazırda 1 800-dən çox insan toz səbəbindən tənəffüs problemləri ilə xəstəxanalara müraciət edib.
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ