İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq neft məhsullarının idxalını dayandırmağı planlaşdırır

İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır.

Məlumata görə, bunu İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad deyib.

“2024-cü ildə İraq yerli istehsala üstünlük verəcək və neft emalı zavodları istehsala başladıqdan sonra idxalda azalma olacaq.

Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir.

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ötən il aprelin 1-də deyib ki, hökuməti idxalı aradan qaldırmaq üçün neft emalı zavodlarının istehsal gücünün artırılması istiqamətində işlərə böyük əhəmiyyət verir.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR