İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq İsrailin elektrik stansiyasını vurdu: Kamikadzelər hücuma keçdi

 

"İraqın İslam Müqaviməti" şiə hərəkatı İsraildəki Alon Tavor elektrik stansiyasına kamikadze pilotsuz təyyarə ilə hücum etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Hücumun nəticələri ilə bağlı təfərrüatlar verilmir.

Alon Tavor qaz elektrik stansiyası Aşağı Qalileydə yerləşir. Onun gücü təxminən 600 MVt-dır. İyulun 10-da "İraqın İslami Müqaviməti" Hadera şəhəri yaxınlığında İsrailin ən böyük istilik elektrik stansiyası olan Orot Rabinə də oxşar hücumun edildiyini bildirib. 

2023-cü ilin oktyabrında Fələstin HƏMAS hərəkatı silahlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və ələ keçirilməsi nəticəsində bölgədə vəziyyətin gərginləşməsindən sonra İraqdakı şiə silahlı birləşmələri fəallığını artırıb. Radikallar bu hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edərək, anklava, Livan və Suriyanın müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra sektorda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR