Onlayn ictimai-siyasi qəzet
İraq höküməti BMT Baş katibindən 2025-ci ilin sonuna kimi ölkəyə yardım mandatını birdəfəlik dayandırmağı xahiş edib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, mayın 9-da İraqın Baş naziri bununla bağlı Baş katib Antoniu Quterreşə məktub ünvanlayıb:
"Biz İraqda 2003-cü ildən işləyirik. Mandat məsələsi ilə bağlı məktub aldıq və həmin məktubu BMT Təhlükəsizlik Şurasının prezidentinə göndərmişik. Çünki mandatı TŞ müəyyən edir".
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ