İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlılar valiliyin həyətinə boş süfrə sərərək etiraz etdilər- FOTOLAR

İranda vətəndaşlar etirazlarını maraqlı formada nümayiş etdiriblər.
 
Azvision.az-ın verdiyi xəbərə görə, Kermanşah əyalət valiliyinin işçiləri məişət problemlərinə görə valiliyin həyətində aksiya keçiriblər. Onlar yerə boş süfrə sərərək sosial-iqtisadi problemlərini qeyri-adi formada nümayiş etdiriblər.
 
Qeyd edək ki, İranda siyasi problemlərlə bağlı etirazlar artmaqdadır. Ölkədə tüğyan edən siyasi böhran azmış kimi, repressiv rejim insanları sosial-iqtisadi basqılar altında da saxlamağa çalışır.

Amma müxtəlif peşə sahibləri, ziyalılar, pensiyaçılar ümumilikdə xalq tez-tez aksiyalar keçirərək rejimin sərt idarəçilik sisteminə öz etirazını bildirir.





ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR