Onlayn ictimai-siyasi qəzet
İran Dövlət Radio və Televiziyasının müxbiri İsrail tərəfindən saxlanılıb.
ISNA xəbər verir ki, bu barədə İran Dövlət Radio və Televiziyasının rəhbəri Peyman Cebeli açıqlama verib.
Cebeli bildirib ki, araşdırmalara görə jurnalist İsrail tərəfindən saxlanılıb.
İran Dövlət Radio və Televiziyasının rəhbəri jurnalistin kimliyini və saxlanılma vaxtını açıqlamayıb. Onun tezliklə əsirlikdən azad olunacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, jurnalist Qəzzada deyil, İsrail ərazisində saxlanılıb.
Cebeli bildirib ki, jurnalistin ailəsi məsələni gündəmə gətirmək istəmir.//APA
30 Yanvar 2025
29 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ