Onlayn ictimai-siyasi qəzet
Tanınmış iranlı politoloq Sadiq Zibakəlam İranın İsraillə mümkün müharibəyə girəcəyi halda ölkəsinin aqibətindən danışıb.
Musavat.com xəbər verir ki, onun bu çıxışı İran telegram kanallarında yayımlanıb.
“Deyək ki, biz İsraillə müharibəyə başladıq, daha sonra ABŞ İsraili müdafiə üçün müharibəyə qarışdı, nə olacaq? Bizim bir sıra raketlərimiz var. Onları da İsrailə ataq, onun Dəmir Günbəzi isə ballistik raketlərimizin 80-90%-ni zərərsizləşdirəcək. Onlardan 10-15%-i isə tutaq ki, Təl-Əvivə və digər yerlərə düşəcək. Fərz edək ki, minə yaxın israilli, yüzlərlə amerikalı öldürüldü. Sonra isə sıra İsrail və ABŞ-a gələcək. Mən onların İranda bir dənə belə işıq dirəyi sağ qoyacağına inanmıram”. -, deyə Zibakəlam bildirib.
Onun sözlərinə görə, İrana bir ABŞ əsgəri belə daxil ola bilməz, ancaq ölkədə hətta bir dənə işıq dirəyi sağ qoymazlar. İran da bunu bilir.
Ekspert qeyd edib ki, İran uğursuzluğa düçar olsa, bu, rusların və çinlilərin xeyrinə olmayacaq, çünki İran hökuməti onlara bağlıdır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ