İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputat hökuməti tənqid etdi: “Qanunsuz davranışdır”

 

İran parlamentinin Təbrizdən seçilmiş millət vəkili Məsud Pezeşkian molla rejimini tənqid edib.

Musavat.com-un məlumatına görə deputat  İranda həbs edilmiş etirazçılara qarşı zorakılığı və onların mühakimə olunmasını İslam Respublikası hökumətinin qanunsuz davranışının nümunəsi hesab edib və İran cəmiyyətinin “bu davranışlara görə alovlandığı” barədə xəbərdarlıq edib: “Mövcud olan problem qanunun icrası ilə bağlıdır.

Bizim Konstitusiyaya görə, heç kimi 24 saatdan artıq saxlayıb həbs etmək hüququ yoxdur. Yaxud təqsirləndirilən şəxsi vəkil tutmaqdan məhrum etmək olmaz. Biz bu Ana Yasaya əməl etsək, insanlar bu qədər qəzəblənməyəcək. Biz qanun yazdıq, amma onun əksinə hərəkət edirik və cəmiyyəti qızışdıran da öz səhvlərimizdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR