Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Musavat.com xəbər verir ki, əməliyyat İmişli rayonu ərazisində, Azərbaycan-İran sərhəd xəttində keçirilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr –
• 33 kq 125 qram qurudulmuş marixuana,
• 5 kq 015 qram tiryək,
• 2 kq 090 qram heroin,
• 1 kq 440 qram metanfetamin
ölkə ərazisinə keçirmək cəhdinin qarşısı vaxtında alınıb.
Hazırda hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, qaçaqmalçılıqda iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq aparılır.
Bu fakt bir daha göstərir ki, narkotik mafiyası regionda öz qanlı şəbəkəsini genişləndirməyə çalışsa da, Azərbaycanın sərhəd və təhlükəsizlik strukturları buna imkan vermir.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ