İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranla döyüşməyə hazırıq!” Parlament Tehranı “topa tutdu” - Professor Qabil Hüseynli ilə CANLI

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Fazil Mustafaya qarşı terror aktı ilə gözümüzü qorxutmaq istəyirlərsə, səhv edirlər:

“Biz burada öz mövqeyimizi ortaya qoymalıyıq. Bundan sonra hansı addımı atmalıyıq? Həzrəti Əlinin bir kəlamı var: “Əqidəsi olmayan insanın imanı və inancı olmaz”.

Burdakı insanların əqidəsi var, mövqeyi var, dövlət başçısını, dövləti müdafiə edirlər. Bu terror aktı ilə bizim gözümüzü qorxutmaq istəyirlərsə, çox böyük səhvə yol verirlər. Bizim üstümüzə çox qoşunlar gəlib. Sovet ordusuna qarşı döyüşmüşük. 5 dəfə dövlət çevrilişi olub”.

S.Novruzov ardınca İranın təhdidlərinə sərt xəbərdarlıq etdi: “Biz öz əqidəmizlə prezidentin müsəlləh əsgəriyik. Bu gün İran Naxçıvanla sərhəddə qoşun toplayıb. Lazım olacarsa, biz o ərazidə də döyüşməyə hazırıq.

Qoy bilsinlər, qulaqlarını açıb eşitsinllər ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycanın güclü dövlət başçısı, komandası var. İranın və digər ölkələrin əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar! Bizim də kifayət qədər qüvvəmiz və gücümüz var!”

TVMusavat-ın bu gün saat 16:00-da “Həftə içi” verilişində professor Qabil Hüseynli ilə İran rejiminin hədələrinin səbəblərini şərh edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR