Onlayn ictimai-siyasi qəzet
ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarət etdiyi ərazilərdə yerləşən iki yeraltı silah anbarına dəqiq zərbələr endirib.
Musavat.com bildirir ki, zərbələr 8 yanvar tarixində həyata keçirilib və İran tərəfindən dəstəklənən husilərə məxsus obyektləri hədəfə alıb.
ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, husilər bu anbarlardan ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi və ticarət gəmilərinə qarşı Cənubi Qırmızı dənizdə və Aden körfəzində hücumlar təşkil etmək üçün istifadə edirdilər.
“ABŞ personalı və avadanlıqlarına heç bir zərər dəyməyib,” – deyə bəyanatda vurğulanıb.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ