Onlayn ictimai-siyasi qəzet
İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya səfəri zamanı mühüm bəyanatlarla çıxış edib.
Musavat.com-un məlumatına görə o bildirib ki, Tehran beynəlxalq təzyiqlərə baxmayaraq, uranın sülhməramlı məqsədlərlə zənginləşdirilməsini davam etdirəcək.
Nazir qeyd edib ki, İran və Rusiya ortaq təhlükələrə qarşı sıx məsləhətləşmələr aparır. Əraqçi Moskvanın ABŞ-ın İrana qarşı aqressiyasını qətiyyətlə pisləməsini yüksək qiymətləndirdiyini vurğulayıb.
“ABŞ və İsrailin İrana qarşı təcavüzkar siyasəti yalnız Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi nəticələr doğura bilər,” – deyə o, xəbərdarlıq edib.
Əraqçi həmçinin bildirib ki, ABŞ-ın İranın nüvə obyektlərinə hücumu beynəlxalq təhlükəsizlik sisteminə ağır zərbə vurub və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin effektivliyini sual altına qoyur.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ