İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın xarici ölkələrdəki terror fəaliyyəti- Yeni faktlar

 

İranın xarici ölkələrdə terror dalğası əsdirməsi ilə bağlı yeni məlumatlar yayılıb.

Musavat.com-un məlumatına görə bu barədə

“Arab News” xəbər saytı bildirir ki, daxildəki iğtişaşlara baxmayaraq, İran xarici ölkələrdəki terror fəaliyyətlərinə davam edir. Məsələn, ötən ay Albaniyada bir nəfər İran vətəndaşı İran hökuməti adına Albaniyadakı iranlı müxaliflər arasında kəşfiyyat aparmaq və terror fəaliyyətlərində iştirak etməkdə ittiham olunaraq həbs olunub.

Sözügedən şəxs teleqram sosial şəbəkəsi üzərindən təlimatlar alaraq mühacirətdəki nüfuzlu müxalifət üzvlərinə hücumlar planlaşdırıb. Bundan başqa, o, aldığı təlimatlara uyğun olaraq, Albaniyada terror hücrələri qurmaq, qara bazardan silah təmin etmək və cinayət törətməyə hazır hərbi təcrübəsi olan insanlar tapmaq kimi fəaliyyətlərdə iştirak edib. Albaniya məhkəməsi, o cümlədən bir sıra İran vətəndaşlarını İranın kəşfiyyat orqanları, İslam İnqilabı Keşikçiləri Korpusu və bu korpusun bir şöbəsi olan Qüds Qüvvəsi təşkilatından pul əldə etməkdə ittiham edib. Bundan başqa, 2018-ci ildə İranın diplomatı Əsədulla Əsədiyə Parisdə iranlı müxaliflərin yürüşü zamanı partlayış təşkil etməkdə iştirakına görə Belçikada 20 il iş kəsilib.

Bənzər şəkildə, Küveyt məhkəməsi bu ölkədəki İran səfirliyinin terror hücrələri yaratdığını aşkarlayıb və diplomatları ölkədən ixrac edib. Beləliklə, İran xarici ölkələrdəki səfirlikləri, mədəniyyət mərkəzləri və diplomatları vasitəsilə hücrələr və terror qruplaşmaları yaradır. Türkiyə iyun ayında bu ölkədəki İsrail vətəndaşlarını öldürməyə çalışan İran hücrəsinin 8 nəfər üzvünü saxlayıb. Danimarka məhkəməsi də 2020-ci ildə iranlı ərəb müxaliflərə qarşı sui-qəsd təşkil etdiyinə görə İrana işləyən bir nəfər agenti məhkum edib.

Xəbərdə qeyd olunur ki, İranın kəşfiyyat idarələri, habelə xarici ölkələrdəki “dost jurnalistlər” və “akademiklər”dən istifadə edərək dezinformasiya yayır.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR