İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Sistan-Bəlucistan əyalətində polis etiraz aksiyaçılarını kütləvi həbs edib

İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərində polis kütləvi həbslər keçirib.

“Report” xəbər verir ki, bu barədə “RadioFarda” məlumat yayıb.

Bildirilib ki, iyunun 23-də bu əyalətdə ənənəvi olaraq Tehran rejiminə qarşı etiraz aksiyaları keçirilib. Sistan-Bəlucistanın İranşəhr və Raska şəhərlərində cümə namazından sonra sakinlər küçə və meydanlara çıxaraq İran hakimiyyəti əleyhinə şüarlar söyləyiblər. Bu zaman güc strukturlarının əməkdaşları ilə aksiyaçılar arasında toqquşma baş verib.

İranın hərbi-polis qüvvələri “təhlükəsizliyi təmin etmək” adı altında küləvi şəkildə həbslərə başlayıb. Zahidan şəhərinin Mədəni, Tohid, Xəyyam və Müdərris küçələri, Məkkə və Musli məscidlərinin yerləşdiyi rayonlarda əsasən ağ rəngdə olan onlarla avtomobillərdəki rejim təmsilçiləri aksiya iştirakçılarına hücum edib.

Məlumata görə, bölgədə internet kəsilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR