İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın sabiq təhsil naziri ölkəsini "Boko Haram"la eyniləşdirdi

İranın sabiq təhsil naziri Seyid Məhəmməd Bəthayi diqqət çəkən açıqlamalar verib.

AzVision.az xəbər verir ki, o, islam respublikasının bəzi davranışlarını terror təşkilatlarının fəaliyyəti ilə eyniləşdirib: "İranın Səhiyyə Nazirliyi orta məktəblərdə baş verən kimyəvi zəhərlənmələri xarici amillə əlaqələndirib. Bu davranış Nigeriyadakı Boko Haram qruplaşmasının davranışından fərqli deyil. Boko Haram məktəbdən qızları oğurlayaraq başlarına oyun açır! Bu, İslam Respublikası üçün pis məqamdir!".

Qeyd edək ki, ötən ilin sentyabr ayında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Məhz sentyabrdan sonra İranda müəmmalı məktəbli zəhərlənmələri halları da artıb.

Beynəlxalq insan haqları təşkilatları bunu rejimin dinc əhaliyə qarşı məqsədli təzyiq siyasəti kimi qiymətləndirir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR