Onlayn ictimai-siyasi qəzet
İran Atom Enerjisi Təşkilatı 21 noyabr tarixində Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti tərəfindən qəbul edilən anti-İran qətnaməsinə cavab olaraq, uranın zənginləşdirilməsi üçün əhəmiyyətli sayda yeni sentrifuqanı istismara verəcək.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin telegram kanalında yerləşdirilən məlumatda bildirilib.
"İranın aidiyyəti qurumları daha əvvəl müxtəlif səviyyələrdə xəbərdarlıq etmişdilər ki, qarşıdurmaya yönəlmiş hər hansı tədbir və İdarə Heyətinin qeyri-qanuni, siyasi motivli bəyanatların irəliləyişi üçün istifadə olunması cavabsız qalmayacaq. Bununla bağlı İran Atom Enerjisi Təşkilatının rəhbəri müvafiq addımlar atılmasını, o cümlədən müxtəlif tipdən olan qabaqcıl sentrifuqaların böyük sayda işə salınmasını tapşırıb".
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ