İnsanlara hürriyət, millətlərə istiqlal!

"İranın fırıldaq diplomatiyası, ermənilərə yardım missiyası" - İqbal Səfərov yazır...

Vətən müharibəsi iştirakçısı, Quru qoşunların Komando kəşfiyyat tağım komandiri İqbal Səfərov İranla bağlı maraqlı təhlil yazısı yazıb.

Musavat.com mövzunun aktuallığını nəzərə alaraq yazını təqdim edir:

İrandan yazacam...

İranda Azərbaycan dilində tədris yoxdur. Məktəb, mətbuat, qəzet, jurnal ümumiyyətlə bizim dilimizdə heç nə yoxdur. Amma bir məsələ var. İllərdir sərhədlərimizin o tayından ölkəmizə ana dilimizdə yazılmış milyonlarla dini kitab gətirilir. Sən demə fars qonşumuz bizim islamiyyəti öyrənməyimizdə necə də maraqlı imiş. O islamiyyəti ki, zamanında fransız qardaşları İranda inqilab edərək qurublar.

O islamiyyət ki, məscidlərdə donuz saxlamağa icazə verir. O islamiyyət ki, Suriyada yer altı zindanlarda vəhşicəsinə işgəncə altında saxlanılaraq adları belə unutdurulan, on illərlə gün üzünə həsrət saxlanılan müsəlmanlara zülm edən rejimi maliyələşdirdi və rejimin ayaqda dayanması üçün nə lazımdırsa edirdi....

Uşaq idim. O dönəm Naxçıvana İrandan hər gün minlərlə insan gəlirdi. Əksəriyyəti isə qonaq getdikləri evə iki qutu xurma, bir kisə düyü, bir bağlam lavaş və dini kitablar aparırdılar.Düyünü, xurmanı görüb əsl mahiyyəti dərk etməyi ağlımız kəsmirdi.

Böyüdükdən sonra özümə sual verəndə ki, niyə məhz dini kitablar?! Niyə elmi kitablar yox? Məsələn tibbə aid, ya hansısa texnologiyaya aid....

Və maraqlıdır ki, Azərbaycan dilində tədris olmayan qonşumuzda milyonlarla tirajlanan kitablar...Suallar çoxdur əslində...Bəs maliyə mənbəyi hardandır?

Bilirəm ki, əksəriyyətimiz bunun fərqində olmamışıq.

Məsələyə başqa mövzudan da baxmaq və bunu sizlərlə bölüşmək istəyirəm. Dünyada ən çox narkotik satan, narkotik istehsal edən ölkələri bilirsinizmi?

Yəqin ki, Azərbaycan gömrüklərində narkotik qaçaqmalçılığının qarşısının alınması faktlarını tez tez eşidirsiniz. Demək olar elə ay yoxdur ki, İran İslam Respublikasından ölkəmizə narkotikin keçirilməsi cəhdlərinin qarşısı alınmaya. Mən özüm də dəfələrlə bu qaçaqmalçılığın qarşısının alınmasında şəxsən iştirak edən birisi kimi deyə bilərəm ki, Azərbaycan gömrükçüsü qonşu "İslam" ölkəsindən gələn hər nəqliyyat vasitəsinə diqqətlə baxış keçirtməyə məcburdur. Çünki risk hər zaman mövcuddur.

Və heç eşitmisinizmi ki, bu onilliklərdə cəmi bircə dəfə olsun İranın sərhəd buraxılış məntəqələrində narkotik faktı aşkarlansın? Mən nə görmüşəm nə də eşitmişəm.

Məncə bu haqda da yaxşı- yaxşı düşünmək lazımdır.

Vətən müharibəmizdə İranın yürütdüyü siyasəti, Azərbaycan əsgərinin irəliləməsinin ləngidilməsi, qarşımızın kəsilməsi....Bunları unutmaq lazım deyil. Haqlı və ədalətli zəfərimizdən sonra " dindar" qonşumuzun qırmızı cizgilərini...Araz çayı sahilində bizə qarşı keçirdikləri beş qəpiklik təlimlərini...

Xankəndinin işğaldan azad olunmazdan əvvəlki dönəmdə İran tırların min bir cənfəşanlıqla, fırıldaqla qardaşları saydıqları ermənilərə yardım aparmaqlarını.....Hər halda İran tırlarının etdikləri fırıldaqçılığı ölkə rəhbərimizin dilindən də eşitmisiniz. Onlara dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq öz bildiklərindən əl çəkmədiklərini....

Mazandaran gölü məsələsini də hər halda eşitməmiş olmazsınız. Allah Ulu Öndər Heydər Əliyevə də rəhmət eləsin. Onlara özünə xas ustalıqla cavan vermişdi.

Hətta bir dəfəsində erməni qardaşlarına silah satmaqlarını üzlərinə vurmuşdu. Bunun heç bir qardaşlığa, müsəlmançılığa sığmadığını bildirmişdi. Əvvəl dansalar da sonrada boyunlarına almaq məcburiyyətində qalmışdılar.

Bu və bunun kimi yüzlərlə fakt vardır. Sadəcə olaraq bunları görmək, analiz etmək və anlamaq lazımdır.

Bizim yolumuz Cənab Prezidentin də dediyi kimi Türk dünyasıdır. Turan yoludur. Bizim inandığımız islamiyyət onların inandığı islamiyyətdən tamamən fərqlidir. Bizim dinimizdə qardaşlıq, hörmət, sayqı, dürüstlük ön plandadır. Bizim dinimiz gözəllik dinidir.

Sülh dinidir. Terroru dəstəkləyənlər isə islama xidmət edənlər deyil. İslamın şanlı bayrağının arxasında gizlənib min hoqqadan çıxanların maskaları yetəri qədər cırılmış, etdikləri fırıldaqlar açığa çıxmışdır.

İçimizdə bu saxta İslam dövlətinə xüsusi rəğbət bəsləyənlərə üzümü tutaraq demək istəyirəm ki, uyuduğunuz qəflət yuxusundan oyanın, açın gözlərinizi. Özünüz üçü qırmızı cizgilər çəkin. O cizgilər ki, mərhəmiyyətiniz olsun. Heç kimi ora buraxmayın. Ölkənizi, dövlətinizi, dövlətçiliyinizi və bu dövlətin başında dayanan şəxsi xarici güclərin təsirindən qoruyun. Ölkənizi, vətəninizi hansısa fransız ayətullahlarına satmayın.

İslam gözəllikdir. Haqq dindir. Allahdan gəlib Allaha gedəcəyimiz də haqqdır. İslam demək İran demək deyil! Qırmızı cizgilərinizi doğru çəkin!

iqbal-ss.jpg (43 KB)

İqbal Səfərov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Yanvar 2025

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR