İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın dünya dövlətləri ilə nüvə müzakirələri bu səbəbdən uğursuz olub- FAKTLAR  

İranın keçmiş diplomatı Seyid Hüseyn Musəvian bildirib ki, Məhsa Əmininin vəfatı və ötən ilin payızında İranda baş verən iğtişaşlardan sonra, JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı)dirçəldilməsi ilə bağlı dünya dövlətləri ilə İran arasında nüvə müzakirələri uğursuzluğa düçar olub.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir. O, fikrinin ardında bunları qeyd edib:

“Ukrayna müharibəsində Rusiyanın İrana məxsus pilotsuz təyyarələrdən istifadə etməsi məsələsi də vəziyyəti mürəkkəbləşdirib. Bu dövrdə Amerika və Avropa İrana qarşı sanksiyaları etdi və İran da zənginləşdirməni 84% həddinə çatdırdı.

JCPOA bərpa olunmazsa, İrandan Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzvlüyünün dəyərini və faydalarını hesablaması istəniləcək və daha geniş təhlildə bütün tərksilah müqavilələrinin üzvü olmağa davam edəcək. Nüvə Müqaviləsinin üç əsas məqsədi: nüvə silahlarının yayılmaması, mövcud nüvə silahlarının məhv edilməsi və Sülh məqsədli nüvə texnologiyasının ötürülməsində ölkələrin əməkdaşlığı, ondan ölkələrin faydasını təmin etməkdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR