İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Dəməşqdəki konsulluğunda ölənlər arasında daha bir general var imiş

İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olanlar arasında daha bir İran generalı var.

İranın Tasnim agentliyinin yaydığı məlumata görə, söhbət İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) generalı Məhəmməd Hadi Hacı Rəhimidən gedir.

Agentlik bildirir ki, Rəhimi zərbə nəticəsində həlak olan SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahedinin müavini vəzifəsində çalışıb. Zahedi Livan və Suriyada SEPAH-ın Qüds qüvvələrinin bölmələrinə komandanlıq edirdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR