İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın bu ərazilərində etiraz dalğası genişlənib- SİYAHI  

 

İranın  Tehran, Gilan, İsfahan, və bir sıra əyalətlərində etiraz aksiyaları davam edib.

Musavat.com xəbər verir ki, bir sıra şəhərlərdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib.

Gənclər İslam Respublikasına etiraz olaraq ölkənin bayrağından islam əlaməti olan hissəni kəsiblər.

Məktəblərə yenidən kimyəvi hücuma etiraz olaraq bir sıra şəhərlərdə xalq küçələrə axışıb, “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”,“Qız öldürən hökumətə ölüm!” və bu kimi şüarlar səsləndirilib.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər.

Gənc qızlar hicab reklamlarına qarşı hicabsız foto çəkib paylaşıblar.

Müxtəlif şəhərlərdə divarlara İİR əleyhinə şüarlar yazmaq trendi davam edib.

Gənclər Xameneinin banerlərinə od vurmaqda davam edib.

Tehran əyaləti:

Tehran şəhərinin müxtəlif bölgələrində etirazlar davam edib. Şəhərin qərb bölgəsində əhali gecə evlərindən qışqıraraq şüarlar səsləndiriblər “Xameneiyə ölüm!”, “Diktatora ölüm!”, “SEPAH-a ölüm!”

Gilan əyaləti:

Saqqız şəhərində etirazçılar İİR bayrağını yandırıblar.

İsfahan əyaləti:

Şahinşəhrdə məktəblərə kimyəvi hücuma etiraz olaraq məktəbli qızlar “Uşaq öldürən hökumətə ölüm!” şüarları səsləndiriblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR