Onlayn ictimai-siyasi qəzet
İranın Daxili İşlər Nazirinin verdiyi məlumata görə, Bəndər-Əbbas limanında baş verən faciəvi partlayışın səbəbi ehtiyatsızlıq olub.
Nazirlik partlayışa səbəb olan günahkarları artıq müəyyən etdiklərini açıqlayıb.
Musavat.com xəbər verir ki, son verilən məlumatlara görə, partlayış nəticəsində 46 nəfər ölüb, 1200-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların bəzilərinin vəziyyəti ağırdır və xəstəxanalarda müalicə olunurlar.
İran rəsmiləri hadisənin araşdırılmasına ciddi yanaşdıqlarını və məsul şəxslərin mühakimə ediləcəyini bildirib. Hadisənin baş verdiyi liman ölkənin ən mühüm ticarət və yük daşımaları mərkəzlərindən biridir, buna görə də partlayışın nəticələri iqtisadi baxımdan da böyük fəsadlar yaradıb.
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ