İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan TÜRKİYƏ açıqlaması: Demokratiya zəfər çaldı

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Türkiyədə prezident və 28-ci dövr parlament seçkiləri ilə bağlı açıqlama verib.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Kənani seçkilərdə iştirak nisbətinin demokratiyanın qələbəsi olduğunu bildirib:

"Qonşu müsəlman ölkəsində keçirilən prezident və parlament seçkilərində xalqın yüksək fəallığı və seçkilərin uğurla keçirilməsi demokratiyanın qələbəsinin təzahürüdür. Bu qələbə münasibətilə türk xalqını, seçkinin təşkilatçılarını, ölkə liderini və siyasi partiyaları təbrik edir, onlara ən yaxşısını arzulayırıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR