İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan SON DƏQİQƏ xəbərdarlığı: İsrail bunu etsə...

Tehran İsrailin Qəzza zolağında quru əməliyyatını "qırmızı xətt" hesab edir.

Musavat.com xəbər verir ki, bunu xarici KİV-ə müsahibəsində İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin birinci müavini İbrahim Əzizi deyib.

"İsrail "Qəzzanın işğalı"nın "qırmızı xətt" olduğunu dərk etməlidir. Fələstin İsrailin bu səhvini gözləyir", - deyə Əzizi qeyd edib.

İbrahim Əzizi hesab edir ki, İsrail Qəzza zolağına hücum edib yeni cəbhələr açsa, onların müqavimətinə tab gətirə bilməyəcək.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə kütləvi raket zərbələri endirilib. Radikal HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Oktyabrın 14-də İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında əməliyyatın növbəti mərhələsini elan edib. Lakin hücumun başlaması gecikib. Oktyabrın 16-da isə Qəzza zolağının cənubunda 5 saatlıq atəşkəs elan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR