Onlayn ictimai-siyasi qəzet
2022-ci ilin sentyabrında Məhsa Aminin ölümündən sonra İran daxilində başlayan etirazlarda həbs olunan 32 yaşlı iranlı repçi Tomac Salihi edam cəzasına məhkum edilib.
Musavat.com-un xəbərinə görə, Salehinin vəkili Əmir Rəisiyan İran mətbuatına açıqlamasında bildirib ki, İsfahan İnqilab Məhkəməsi "yer üzündə fitnə-fəsad törətmək" ittihamı ilə Salehi barəsində ölüm hökmü çıxarıb.
Rəisiyan İsfahan İnqilab Məhkəməsinin Ali Məhkəmənin verdiyi əvvəlki qərara əməl etmədiyini bildirib: "İnqilab Məhkəməsi görünməmiş bir şəkildə Ali Məhkəmənin Salehi haqqında verdiyi hökmə məhəl qoymadı və ona ölüm hökmü çıxardı".
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra ölkə daxilində başlayan etirazları təşkil etməkdə və onlara qatılmaqda günahlandırılan Salehi ölkədən qaçmağa çalışarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Etirazlar zamanı “zorakılıq” və “münaqişə”yə təşviq edən hərəkətlərinə görə ona verilən əvvəlki ölüm hökmü Ali Məhkəmə tərəfindən ləğv edilərək həbs cəzası ilə əvəz edilmişdi. İndi isə repçi yenidən edam cəzasına məhkum edilib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ