Onlayn ictimai-siyasi qəzet
İran cümə günü İsfahandakı hərbi baza yaxınlığında vurulan pilotsuz təyyarələrin İsrailə məxsusluğunun aydın olmadığını və cihazların uşaq oyuncaqlarına bənzədiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan açıqlama verib.
"Bu hücum deyildi, çox güman ki, İsfahandan havaya qalxan və casusluq etməyə çalışan bəzi mini pilotsuz təyyarələrin bizim hava hücumundan müdafiə sistemimiz tərəfindən vurulması idi. Dronlarla sionist İsrail rejimi arasında əlaqənin olması aydın deyil. İsrail rejimi bizə qarşı avantüraya başlamaq istəsə, biz ona daha sərt və daha dağıdıcı cavab verəcəyik" - Abdullahiyan deyib.
Hücumun məsuliyyətini İsrail öz üzərinə götürməsə də, ekspertlər nüvə obyektinə qarşı bu hərəkətin xəbərdarlıq olduğu iddia edir.
Xatırladaq ki, ötən həftə İsrailə genişmiqyaslı pilotsuz təyyarə və raket hücumu həyata keçirən İranın İsfahan şəhəri cümə günü dron hücumunun hədəfi olub. İsrailin təsirli cavab verməməsi gərginliyin azalması kimi şərh edilib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ