İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandakı partlayışla bağlı SON DƏQİQƏ XƏBƏRİ - Nəticə ağırlaşdı

 

İranın Şəhid Rəcai limanında baş vermiş partlayışda yaralananların sayı 1 139 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial şəbəkədə məlumat yayıb.

“Şəhid Rəcai Limanında vəziyyət nəzarət altındadır. Tibb müəssisələrində 1 139 nəfər var. Onların bir hissəsi hava yolu ilə Şiraz və Luristana aparılıb”, – hökumət sözçüsü bildirib.

***

İranın cənubundakı Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışın nəticələri daha da ağırlaşıb.

Musavat.com xəbər verir ki, “Mehr” agentliyinin yaydığı məlumata görə, hadisə zamanı 18 nəfər həyatını itirib, 800-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, partlayışın yaratdığı güclü zərbə dalğası liman ərazisindəki binalara və nəqliyyat vasitələrinə ciddi ziyan vurub. Şəhərdə yaralıların sayının artması səbəbindən qan ehtiyatlarının artırılması üçün transfuziya mərkəzi təcili qanvermə aksiyası başladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR