İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda yeni edam dalğası ilə bağlı XƏBƏRDARLIQ -Seçkidən sonra... 

İran İnsan Haqları Təşkilatı yeni hesabatında son 6 ayda ölkədə 249 edam hökmünün icra edildiyini açıqlayıb və prezident seçkisindən sonrakı günlərdə edamların yenidən artması ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb. 

Təşkilatın rəhbəri Məhəmməd Əmiri Müqəddəm bildirib ki, İran hökuməti insanları seçkilərə cəlb etmək üçün edamları azaldıb, ancaq seçkilərdən dərhal sonra yenidən edam cəzalarının icrasına başlayacaq.

Qeyd olunub ki, son 6 ayda dar ağacından asılan 249 nəfərdən 10-u qadındır, 14 nəfər ölkənin təhlükəsizliyinə zərər vurmaqda, beşi isə İsrailə casusluqda günahlandırılıb.

Edam hökmü icra edilənlər arasında 35 etnik bəluç olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR