İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda təcili və qapalı GÖRÜŞ - Xamenei ABŞ-la danışıqlara BELƏ RAZILAŞIB

Ötən ay İranın üç əsas hakimiyyət qolunun rəhbərlərinin – Prezident Məsud Pəzeşkiyanın, parlament sədri Məhəmmədbaqir Qalibafın və Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejeinin iştirakı ilə təcili və qapalı bir görüş keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb. 

Görüşdə onlar ali lider Ayətullah Əli Xameneiyə ABŞ-la danışıqlar aparmaq üçün kursu dəyişməyi və Donald Tramp tərəfindən göndərilən təklif məktubunu qəbul etməyi tövsiyə ediblər.

Rəsmilər xəbərdarlıq ediblər ki, bu təklifin rədd edilməsi ABŞ və İsrail tərəfindən İranın nüvə obyektlərinə genişmiqyaslı hücumla nəticələnə bilər. Hətta bəzi ssenarilərdə rejimin devrilməsi cəhdləri də ehtimal olunur. Onların sözlərinə görə, belə bir durumda İran cavab tədbirləri görmək məcburiyyətində qalacaq ki, bu da daha böyük bir müharibə riskini artıracaq, ölkə iqtisadiyyatına ciddi zərbə vuracaq və daxili iğtişaşlara yol aça bilər.

Bu müzakirədən sonra Xamenei danışıqlara razılıq verib. Qəzetin həmsöhbətləri bildirirlər ki, ilk mərhələdə dolayı, yəni vasitəçilər üzərindən danışıqlar, əgər proses müsbət davam edərsə, birbaşa danışıqlar da planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR