İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda "Snayper həddi" müsabiqəsinin bağlanış mərasimi keçirilib

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, mərasimdə müsabiqədə iştirak edən ölkələrin heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, "Snayper həddi" müsabiqəsinin keçirilməsində əsas məqsəd döyüş hazırlığının artırılması, habelə iştirakçı ölkələr arasında bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

Bağlanış mərasimində milli musiqilərdən ibarət bədii hissə nümayiş etdirilib.

Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub, "Snayper həddi” müsabiqəsi bağlı elan edilib.

aısı.jpg (104 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR