Onlayn ictimai-siyasi qəzet
İranda ölkəni tərk etmək istəyənlər daha artıq rüsum ödəməli olacaqlar.
Musavat.com-un məlumatına görə “Donya-e-eqtesad” saytı xəbər verir ki, dünən İranın Vergi Təşkilatı ölkədn çıxış üçün yeni tariflərin məbləğini açıqlayıb.
Məlumata görə, dövlət büdcəsi haqqında qanuna əsasən, Vergi Təşkilatının sədr müavini Mehdi Rənayi ölkədən çıxış rüsumunun adambaşına 120 min tümən (2,85 $) artmaqla, 520 min tümən (12.38 $) müəyyən edildiyini bildirib. Qeyd edək ki, ötən il İranı tərk etmək istəyən vətəndaşlar 400 min tümən (9.52 $) ödəyirdilər. /Azad İran
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ