İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda məcburi hicab taxmayan qadına fiziki zorakılıq edildi - VİDEO

İranda məcburi hicab bəhanəsi ilə qadına qarşı fiziki zorakılıq edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.  

İranın Dezful şəhərində lentə alınan görüntülərə əsasən, məcburi hicabdan imtina edən xanım hökumət muzdlusu olan qara çadralı və aqressiv görünüşlü qadının hücumuna məruz qalıb.

“Bazarda rəfiqəmlə gəzirdik, başımızda hicab yox idi. Bu qadın qarşımıza çıxan kimi rəfiqəmə hicabsız olduğuna görə şillə vurdu. Ətrafdakıların sözlərinə görə, o, bütün bazarı dolaşaraq gün boyu hicabsız xanımları təhqir edir və vururmuş. Biz ona heç nə etmədik, sadəcə hicabsız idik”, - deyə bu görüntüləri sosial mediada paylaşan xanım qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR